İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda ticarət mərkəzində güclü yanğın - YENİLƏNİB

18-10-2015


18.10.2015 / 10:38 xeber –

Ticarət mərkəzinin xeyli hissəsi tamamilə yanıb

Fövqəladə Hallar Nazirliyi Saatlı rayonunda baş vermiş güclü yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın saat 08:00-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

““`

9:52

 

Saatlıda ticarət mərkəzində güclü yanğın olub.  

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, gecə saat 2.00 radələrində Saatlı rayonunda yerləşən ”Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.

 

Ticarət mərkəzinin xeyli hissəsi tamamilə yanıb. Yanğın səhər saat 8.00 radələrində lokallaşdırılıb.  Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

 

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

mənbə :
lent.az

Azerbaycanda ticaret merkezinde güclü yanğın – YENİLƏNİB