İçeriğe geçmek için "Enter"a basın

“Qəbələ” klubundan azarkeşlərinə MÜJDƏ

18-10-2015


18.10.2015 / 10:17 xeber –

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Borussiya"(Dortmund, Almaniya) ilə oyun öncəsi “Qəbələ”nin futbolçuları və baş məşqçisi Roman Qriqorçukla media nümayəndələri və azarkeşlərin görüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu gün saat 16:00-da başlayacaq görüş zamanı media nümayəndələri və azarkeşlər arasında maraqlı müsabiqələr keçiriləcək, müxtəlif hədiyyələr sahiblərini tapacaq.

 

Azarkeşlər sevdikləri futbolçuların imzalı formasını əldə etmək və onlarla şəkil çəkdirmək şansı qazanacaqlar.

 

“Qəbələ” klubu bütün azarkeşləri bu görüşə dəvət edir.

 

Ünvan: Bakı, Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə, "Go Sport" İdman Malları Mağazası, saat 16:00.

mənbə :
lent.az

“Qebele” klubundan azarkeşlerine MÜJDƏ