İçeriğe geçmek için "Enter"a basın

Mer vəzifəsinə namizəd boynundan bıçaqlandı

18-10-2015


18.10.2015 / 07:49 xeber –

Almaniyada Keln şəhərinin meri vəzifəsinə namizəd Genriyetta Reker  ksenofobiya zəminində boynundan bıçaqlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  şəhər meri vəzifəsinə müstəqil namizəd Genriyetta Reker  ötən gün səhər saatlarında ənənəvi həftəsonu yarmarkasında boynundan ağır bıçaq yarası alıb. Qadına hücum çəkən 44 yaşlı kişi onu saxlamağa cəhd edən 4 şəhər sakininə də bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib, G.Reker  əməliyyat olunub, hazırda onun həyatına təhlükə yoxdur.   

 

Polisin məlumatına görə, saxlanılan şəxsin hücum etməsinə əsas səbəb ksenofobiya (əcnəbilərə qarşı nifrət) olub.  

 

Məlumata görə, Genriyetta Reker qaçqınların Kelndə yerləşdirilməsinə cavabdeh olan məsul vəzifədə çalışır.    

mənbə :
lent.az

Mer vezifesine namized boynundan bıçaqlandı