İçeriğe geçmek için "Enter"a basın

Erməni kəndində Nazarbayev küçəsi

18-10-2015

06:50 xeber – Ermənistanda təxminən 1500 adamın yaşadığı Ariç kəndinin mərkəzi küçəsi Qazaxıstan prezidenti Nursultan Nazarbayev adını daşıyır. Küçənin adı az qala 10 ildir dəyişdirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Azadlıq” radiosunun erməni redaksiyası xəbər verir ki, küçəyə qazax prezidentinin adını vermək keçmiş deputat Mxitar Varaqyanın təşəbbüsü olub. Jurnalistlər bu xəbərə onu da əlavə edirlər ki, keçmiş deputatın və onun qardaşı David Varaqyanın Qazaxıstanda biznesi var. Ariç kəndinin başçısı Roland Nazaretyanın dediyinə görə, küçəyə Nazarbayevin adını verəndə kənd camaatı təkcə çağdaş əlaqələri deyil, uzaq keçmişi də diqqətə alıb.

“Kənd 1400-cü ildən 1947-ci ilə kimi Kıpçak adlandırılıb. 1947-ci ildə adı dəyişdirilib, Ariç olub. “Kıpçak” adını Qazaxıstan tayfaları ilə bağlayırlar. Ona görə də Varaqyanların vasitəçiliyi ilə keçirilən ahıllar şurasının toplantısında küçəyə Nazarbayevin adını vermək qərarına gəldik. Biz Qazaxıstanı dostumuz sayırıq, o, Avrasiya Birliyi çərçivəsində respublikamızla əməkdaşlıq edir, deməli, küçəni belə adlandırmaq olardı” – deyə kəndin başçısı Roland Nazaretyan izah edir.


Nursultan Nazarbayev

Amma deyəsən, qədim məskunlaşma yerlərindən olan Şirak vilayəti ilə Qazaxıstan arasındakı əlaqə haqqında kənd başçısının izahatı heç də kəndlilərin hamısının ağlına batmayıb. “Əvvəla, küçəni necə adlandırmaq haqqında camaat arasında sorğu keçirilməyib. Məlum deyil ki, Nazarbayev niyə bu şərəfə layiq görülüb, küçəyə onun adı verilib” – kənd sakinlərindən biri belə deyir. Orta əsrə aid bir neçə kilsənin olduğu bu kənddə qazaxların varlığı təkcə küçənin adı ilə məhdudlaşmır. Kənd kitabxanasında Qazaxıstana aid guşə də yaradılıb, burada Nazarbayevin böyük portreti, bu ölkədən bəhs edən başqa rəsmlər və ədəbiyyat da yerləşdirilib. Guşə 2011-ci ildə Qazaxıstan səfirliyi tərəfindən yaradılıb. “Bizə mebel, stol, kitablar, buradakı rəsmlərin hamısını, milli kostyumlar bağışlayıblar. İldə üç-dörd dəfə bizə baş çəkir, lazım olan hər şeylə təmin edir, hədiyyələr bağışlayırlar” – kitabxanaçı Annman Fahradyan belə söyləyir.


Ermənistanın Ariç kəndi xəritədə

Kəndə “qazax yatırımı” deyəsən, elə bununla da bitir. Kəndin başçısı Roland Nazaretyan N.Nazarbayevin kənddə küçənin onun şərəfinə adlandırılmasından xəbərinin olub-olmadığını da bilmir. R.Nazaretyan N.Nazarbayevin Ariçə səfərinə etiraz etməyəcəyini söyləyir: “Qoy Ermənistana gələndə Ariçə də baş çəksin. Səfirlik ona təklif etsin, o da gəlsin”.


Tatarıstan

Ariçdə Nazarbayev küçəsi qazax prezidentinin şərəfinə adlandırılan ilk küçə deyil. Qazaxıstan dövlət başçısının 75 illiyi ərəfəsində Tatarıstan paytaxtında Esperanto küçəsinin adı dəyişdirilərək onun adı verilib. Kazanın bəzi sakinləri bunun əleyhinə imza toplayıblar və hökumətə təklif ediblər ki, Nazarbayevin adı Tatarıstanın yeni salınan şəhərlərindəki küçələrdən birinə verilsin. Ancaq bu etiraz nəzərə alınmayıb. Bu ilin mayında isə Türkiyənin Adana şəhərində də Qazaxıstan prezidentinin adına küçə peyda olub. Bu, Türkiyədə Nazarbayevin adını daşıyan dördüncü küçədir.

mənbə :
anspress

Ermeni kendinde Nazarbayev küçesi