İçeriğe geçmek için "Enter"a basın

Üç minə satılan siqar kötüyü

18-10-2015

03:07 xeber – Sabiq Britaniya baş nazirinin xəstəxanada çəkərək ucu çeynənilmiş siqar kötüyü 3 min dollara satılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Britaniya mətbuatı yazıb.

Siqarı 1962-ci ildə omba sümüyünün sınmasından sonra Uinston Çörçilin müalicə olunduğu Middlesex Hospitalının tibb bacısı öz qardaşı üçün saxlayıb. 87 yaşlı Çörçil xəstaxanaya Monte Carloda yıxıldıqdan sonra yerləşdirilib. Tibb bacısı kül qabındakı siqar kötüyünü üstünə “istifadə olunmuş tibbi sarğı” yazılmış bir paketin içinə qoyduqdan sonra ona əl dəyən olmayıb.


Uinston Çörçil

Hərraca çıxarılmış siqarın 1,000 funt sterlinqə (1620 AZN) satılacağı gözlənilirdi. Lakin satışlar vaxtı qiymət iki dəfə artaraq 2,000 funta (3240 AZN) çatıb. Siqarı satışlara telefonla qatılan hərrac iştirakçısı alıb. Onun adı açıqlanmır.


Satılan siqar kötüyü

Uinston Leonard Spenser Çörçil 1874-cü ilin noyabrın 30-da Malboro hersoqunun oğlu Randolf Çörçilin ailəsində doğulub. 7 yaşında imtiyazlı məktəbə göndərilən Uinstonun ilk gündən oxumaq həvəsi olmayıb. Üstəlik o, məktəbin qaydalarına əməl etməyi ləyaqətinə sığışdırmırdı.

Hətta o dövr məktəblərdə tətbiq edilən çubuqla döyülmə də onu ram edə bilməyib. Kollecə daxil olanda isə o, imtahan üçün nəzərdə tutulan iki saatda bir neçə işarə yazmaqla kifayətlənib.

Çörçilin hərbi intizamdan zəhləsi gedirmiş. Çörçilə siqar və roma maraq Kubada oyanıb. Bu vərdiş həyatının sonuna qədər onu müşayiət edib. Hətta Ikinci Dünya Müharibəsi zamanı onun üçün Kubadan siqarlar gətirilirmiş.

mənbə :
anspress

Üç mine satılan siqar kötüyü