İçeriğe geçmek için "Enter"a basın

Suriyada “Əl Qaidə” liderlərindən biri öldürüldü

18-10-2015


18.10.2015 / 02:48 xeber –

Suriyanın Hələb əyalətində “Əl Qaidə” beynəlxalq terror qruplaşmasının liderlərindən biri olan Sanafi an-Nasr aviazərbələr nəticəsində məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, öldürülən Səudiyyə Ərəbistanının vətəndaşı  Sanafi an-Nasr “Əl Qaidə” qruplaşmasında strategiyaların hazırlanıb həyata keçirilməsinə görə məsuliyyət daşıyan “Zəfər Komitəsi”nə rəhbərlik edib. Onun Suriya qruplaşmasında ən nüfuzlu şəxslərdən biri olduğu qeyd olunur.  

 

Hava zərbəsi nəticəsində həmçinin daha iki nüfuzlu terrorçu – Səudiyyə Ərəbistanının vətəndaşı   Əbdül Malik əl-Cəzravi və mərakeşli Əbu Yasir əl-Məqrabi məhv edilib.

 

Agentlik qeyd edir ki, Suroya Silahlı Qüvvələri Livanın “Hizbullah” hərəkatının döyüşçüləri və Rusiya aviasiyasının dəstəyi ilə ötən gün Hələb əyalətində terror qruplaşmasının üzvlərinin məhv edilmədi istiqamətində irimiqyaslı əməliyyata başlayıb. 

mənbə :
lent.az

Suriyada “Əl Qaide” liderlerinden biri öldürüldü