İçeriğe geçmek için "Enter"a basın

Rusiya qırıcıları İraqa göndərə bilər

18-10-2015

02:15 xeber – “Rəsmi Bağdad bizə hələ müvafiq xahişlə müraciət etməyib. Buna baxmayaraq Rusiya bu ölkəyə İŞİD terror qruplaşması ilə mübarizədə hərbi yardım göstərilməsi məsələsini nəzərdən keçirməyə hazırdır”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu açıqlama ilə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov çıxış edib.

“Yalnız onu deyə bilərəm ki, bu günə qədər Suriya prezidenti Bəşər Əsəddən aldığımız müraciət kimi İraqdan oxşar xahişlə hər hansı müraciət almamışıq. Əgər bizə belə bir müraciət daxil olsa, təbii ki, ona da müvafiq qaydada baxılacaq” – deyə nazir müavini Moskvada keçirilən təhlükəsizlik konfransındakı çıxışında bildirib.


Anatoli Antonov

Antonov əlavə edib ki, Kremldə Bəşər Əsədin Rusiya rəhbərliyinə ünvanlanan yazılı müraciəti var. Nazir müavini buna əsaslanaraq bəyan edib ki, Rusiyanın Suriyadakı addımları beynəlxalq hüquq normalarına tam adekvatdır və tamamilə legitim əsaslara malikdir.

Rusiya Suriya münaqişəsində prezident Bəşər Əsəd rejiminin, ABŞ və onun müttəfiqləri isə Əsədə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır. Hazırda Rusiya Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhəri yaxınlığında yerləşən hərbi təyyarə bazasından istifadə edir.


Suriyaya nəzarət edən qruplar

mənbə :
anspress

Rusiya qırıcıları İraqa göndere biler