İçeriğe geçmek için "Enter"a basın

“Neftçi” Samir Əliyevlə bağlı qərarını verdi

18-10-2015


18.10.2015 / 01:17 xeber –

Topaz Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Neftçi” klubunun baş məşqçisi Samir Əliyev oyundan sonra keçirilən mətbuat konfransında vəzifəsindən istefa verəcəyini bildirib. Amma paytaxt təmsilçisinin rəhbərliyi gənc çalışdırıcının istefasını qəbul etməyib.

 

Klubun saytında yer alan xəbərə görə, matçdan sonra baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının (MŞ) iclası keçirilib. İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və Samir bəyin fikirləri dinlənilib.

 

MŞ tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.

mənbə :
lent.az

“Neftçi” Samir Əliyevle bağlı qerarını verdi