20:52 xeber – Qafqazın ilk FM stansiyası, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM dinləyiciləri üçün möhtəşəm konsert proqramı təşkil edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycanın Milli Müstəqillik gününə həsr edilən konsert “Park Bulvar” əyləncə mərkəzində baş tutub. Konsertin aparıcısı isə radionun baş prodüseri və aparıcısı Sona Rəsulova olub. Tədbirin diceyi DJ Çina tamaşıçıları enerji dolu musiqisiylə coşdurub. Konsertdə ANS ÇM dinləyiciləri üçün məşhur müğənniləri bir araya gətirib. İfaçılar bir-birinin ardınca sevilən mahnılarını səsləndiriblər.
DJ Çina – dicey
DJ Çinanın qonağı, Azərbaycana ilk dəfə təşrif gətirən Türkmənistanda yaşayan əslən azərbaycanlı skripkaçı Həsən Heydərov konsertlə bağlı təəssüratlarını bölüşüb: “Azərbaycanda ilk dəfəyəm. Bakı çox gözəl şəhərdir, xoşuma gəldi, əla yerdir. Musiqiçilərinizi çox bəyəndim. Çinaya məni bura dəvət etdiyi üçün təşəkkür edirəm.”
Həsən Heydərov
Daha bir məşhur müğənni və aparıcı Murad Arif isə ANS ÇM-in ən sevdiyi və qulaq asdığı radiolardan biri olduğunu deyib: “Belə konsertləri çox sevirəm. Gənclərlə tədbirlərdə həmişə canla-başla iştirak edirəm. Ümumiyyətlə, ANS ÇM bir çoxları kimi, mənim də həyatımda məktəb kimi çıxış edib. ANS ÇM-i dinləyərək musiqini, bu sahəni, medianı, radionu sevməyə başlamışıq. Onun üçün də ANS ÇM hara və nə vaxt çağırsa, mən orada olmağa hazıram.”
Murad Arif – müğənni
Müğənni Elgün Hüseynov da bu konsertdə ürəkdən çıxış etdiyini söylədi. O, konsetin əla keçdiyini deyərək, Sona və Vəfa Rəsulovalara dəvətləri üçün təşəkkür etməyi də unutmayıb.
Elgün Hüseynov – müğənni
Konsert zamanı maraqlı müsabiqələr keçirilib. Qaliblər VMF və Tissot şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Xatırladaq ki, ANS ÇM radiosu bu cür konsertləri hər ay keçirdir.
ANS ÇM radiosunun baş prodüseri Sona Rəsulova qalibləri mükafatlandırır:
mənbə :
anspress