İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ" "Zirə"ni dayandırdı

17-10-2015

20:32 xeber – Topaz Premyer Liqasında VIII turun oyunları davam edir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ikinci oyun günündə iki matç baş tutub.

Avroliqada iştirak edən “Qəbələ” “Neftçi”nin qonağı olacaq. Avropadakı digər təmsilçimiz “Qarabağ” isə “Zirə”ni qəbul edərək 4:1 məğlub edib. Artıq “Neftçi” “Qəbələ” oyunu başa çatıb. Qonaqlar Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə oyun öncəsi qələbə qazanmağa çalışıb ki, buna da nail olub. Aleksey Antonovun 90-cı dəqiqədə vurduğu qol “Qəbələ”yə minimal hesablı qələbə qazandırıb. Turun ilk oyunu dünən keçirilib və “Kəpəz” “Rəvan”ı 2:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.


“Qəbələ” klubu

Topaz Premyer Liqası
2015/16 mövsümü
II dövrə, VIII tur

17 oktyabr

Neftçi – Qəbələ 0:1
Qol: Aleksey Antonov, 90.

Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 3. Filyo Jairo Rodriges, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 5. Juan Alberto, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 41. Aqşin Qurbanlı, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.


“Qarabağ” klubu

Qarabağ – Zirə 4:1
Qollar: Samuel Armenteros, 4; 15. Riçard Almeyda, 25; 83 – Iqor Ivanoviç, 34

mənbə :
anspress

“Qarabağ” “Zire”ni dayandırdı