17.10.2015 / 16:23 xeber –
Ötən ay Xəzər rayonunun Zirə qəsəbəsində fəaliyyət göstərən "Gök-Nur" Bakı Kabel Zavodunda olan quldurluq hadisəsi ilə bağlı 3 nəfər şübhəli şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, onların cinayətdə iştirakı sübut olunmadığından hələlik barələrində həbs qətimkan tədbiri seçilməyib. Şübhəli şəxslər Xəzər Rayon Polis idarəsində saxlanılırlar.
Xatırladaq ki , hadisə sentyabrın 9 -da baş verib. Naməlum şəxslər zavoda basqın ediblər. Maskalı şəxslər içəri girərək, gözətçinin əllərini bağlayıb, onu ölümlə hədələyib, daha sonra içərisində 50 min ABŞ dolları olan seyfi aparıblar. Bu günə kimi gözətçi də daxil olmaqla onun bütün tanışları, zavodun işçiləri istintaqa çağırılaraq dindiriliblər. Bu günə kimi bu işlə bağlı 34 nəfərin idarəyə çağırılaraq dindirilib. İlkin olaraq 7 nəfər şəxs şübhəli şəxs qismində saxlansa da, sonradan qeyri-müəyyən səbəbdən sərbəst buraxılıblar. Xəzər Rayon Polis idarəsinin rəisi Azər Muradov bütün şəxsi heyətə ağır cinayət hadisəsini qısa zaman ərzində açmağı tapşırıb, lakin hələlik işin üstü açılmayıb. Qeyd edək ki, 9 ayın yekunlarına görə Xəzər Polis İdarəsində 59 bağlı cinayət işi qalıb.
mənbə :
lent.az