İçeriğe geçmek için "Enter"a basın

Qonşu qonşunun qanını tökdü

17-10-2015

16:20 xeber – Şəmkirdə qonşular arasında dava qan tökülməsinə səbəb olub.

Şəmkir Rayon Polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Muxtariyyə kənd sakini, 1993-cü il təvəllüdlü Ülvi Məmmədova aralarında yaranan şəxsi münasibətlər zəminində hələlik adı istintaqa məlum olmayan qonşusu tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.

22 yaşlı gənc dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Oktyabr ayının 5-də də Göyçay rayonunda qonşular arasında bıçaqlanma hadisəsi baş vermişdi.

Rayonun Bığır kənd sakini, 1997-ci il təvəllüdlü Cavid Qadir oğlu Məmmədov aralarında yaranan şəxsi münasibətlər zəminində qonşusu, 1985-ci il təvəllüdlü Elvin Seyfalı oğlu Həmidovu bıçaqlaymışdı. Rayon polis əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı gənc həbs olunaraq istintaqa cəlb edilib.

mənbə :
anspress

Qonşu qonşunun qanını tökdü