İçeriğe geçmek için "Enter"a basın

Tanınmış aparıcıdan pul alan dilənçi gözlərinə inanmadı (FOTO- VİDEO)

17-10-2015

15:40 xeber – Türkiyənin məşhur teleaparıcısı Acun Ilıcalı dilənçilərə görünməmiş məbləğdə pul verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyədə restoranların birindən çıxan zaman teleoliqarx hesab olunan Acun İlıcalı dilənçini sevindirib. Onun yanına gələn dilənçilərilərə 100 lira (35 manat) verib.


Acun İlıcalı dilənçilərə pul verən zaman

Acunun karyerası və şəxsi həyatı əvvəl çox uğursuz olub. 20 yaşında yol qəzasına düşüb. Qəza zamanı anasını , atasını, və qızını itirib. 1 il depressiyaya düşərək evdən çölə çıxmayıb. Həmin ərəfədə həyat yoldaşından da boşanıb. 1995-ci ildə market açıb, lakin müflis olub. İlk dəfə Show Tv-də idman müxbiri kimi çalışıb. Fənərbaxça”“ klubuna azarkeşlik etməsinə baxmayaraq “Beşiktaş” klubunun müxbiri olub.

Türkiyə və Anadoluda göstərdiyi stand-up şouları ilə həyat yolunu izləyicilərə komik bir tərzdə çatdırıb. Son olaraq məşhurlarla hazırladığı “Yok Böyle Dans” yarışmasından gələn gəlirlə əqli çətinlikləri olan uşaqlar üçün məktəb tikdirir.
“O səs Türkiyə” verilişinin aparıcısı və yaradıcısıdır.

mənbə :
anspress

Tanınmış aparıcıdan pul alan dilençi gözlerine inanmadı (FOTO- VİDEO)