15:20 xeber – Ötən ilin yay ayından etibarən itkin düşən iki azərbaycanlı biznesmenin meyiti kim tərəfindən öldürüldüyü məlum olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, onlar Ukraynanın Luqansk vilayətində itkin düşsələr də, onların meyitləri Rusiyada çayda tapılıb. Araşdırmalar nəticəsində həmin iş adamlarının İkram Ədilov və Cahangir Əliyev olduğu məlum olub.
İ.Əbilovun qardaşı Ramiz Əbilov APA-ya bildirib ki, Luqansk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində cinayət əməllərində şübhəli bilinən və ələ keçirilən cinayətkar qrupun iki üzvü dindirmə zamanı azərbaycanlı iş adamlarını öldürdüklərini etiraf edib.
Saxlanılan Ukrayna vətəndaşları Yuri Vladimiroviç Plitenko və Aleksandr Anatolyeviç Solovyev azərbaycanlı oliqarxların öldürülməsi barədə danışıblar. Onların sözlərinə görə, Rusiyadan qayıdan azərbaycanlı iş adamlarının üzərində xeyli pul olması barədə məlumat alıblar. Bu səbəbdən onların qarşısını kəsərək öldürüb, meyitlərini isə çaya atıblar.
Ölən şəxslərin cəsədləri avqustun 2-də Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski rayonu ərazisindəki çayda tapılıb.
Meyitlərin tapıldığı ərazi
Meyitlər milis tərəfindən aktlaşdırılma aparılaraq torpağa basdırılıb. Saxlanılan şəxslərin daxil olduğu dəstənin başçısının Vlad adlı ukraynalı olduğu da öyrənilib. Hazırda onun axtarışı davam etdirilir.
Azərbaycanlı iş adamlarının öldürüldüyü və Rostov vilayətində basdırıldığı barədə bu yaxınlarda məlumat aldıqlarını deyən mərhum İkram Ədilovun qardaşı Ramiz Əbilov bildirib ki, onların meyitlərinin çıxarılaraq Azərbaycana gətirilməsində problem yaranıb: “Son cavab olaraq bizə bildirirlər ki, yaxınlarımızın meyitlərinin bizə verilməsi azı bir ay çəkəcək. Amma bu da dəqiq deyil”, – deyə o, bildirib.
Hər iki azərbaycanlı iş adamı İkram Ədilov və Cahangir Əliyev 2014-cü il iyulun 30-da öz işləri ilə əlaqədar Ukraynanın Rusiya ilə sərhəd olan Krasnodon şəhərinə gediblər, həmin ərazi bombalandıqdan sonra onlarla əlaqə itib.
Avqustun 3-də isə Ukrayna ordusu tərəfindən keçirilən əməliyyat zamanı onların azad olunaraq Xarkova gətirildikləri, İ.Ədilovun şəxsi silahının sənədləri ilə bağlı yoxlama aparıldıqdan sonra buraxıldıqları bildirilib.
Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.
Azərbaycanın Ukraynadakı səfirliyi ötən ayın sonunda onlarla bağlı beynəlxalq Beynəlxalq Qızıl xaç Komitəsi (BQXK) və Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət edib.
mənbə :
anspress