İçeriğe geçmek için "Enter"a basın

Lənkəranı su basdı

17-10-2015

15:05 xeber – Yağan intensiv yağışlar nəticəsində Lənkəranın əksər mərkəzi küçələri, yaşayış məhəllələri su altında qalıb.

Azadlıq.az xəbər verir ki, anspress-in xəbərınə görə, son iki gündə Lənkərana yağan güclü yağış suları kollektorlar tərəfindən çəkilmədiyindən, şəhərin əksər mərkəzi küçələri su altındadır. Yollarda nəqliyyatın hərəkətində də ciddi çətinlikıər yaranıb. Sürücülər bunun səbəbini vaxtında qabaqlayıcı tədbirlərin görülməməsi ilə əlaqələndirirlər.


Yolları su basıb

Lənkəran rayon icra hakimiyyəti başçısının sədr müavini Möhübbət Babayev ANS PRESS-ə bildirib ki, sutka ərzində rayona aylıq normanın 50%-indən artıq yağıntı düşüb.Yağışın leysan xarakteri alması, Lənkəran çayının daşmasına, iri kollektorların məcradan çıxmasına səbəb olub. Şəhər ərazisindən keçən iri kollektorlar suyu tam götürə bilmədiyi üçün su şəhəri basıb.


Həyətlər su altında qalıb

M.Babayevin sözlərinə görə, bütün gecə texnika, həm də canlı qüvvə lazım olan ərazilərdə işləyib. Lənkəran çayının bəndlərinin qarşısı də kəsilib ki, su şəhərə daxil olmasın. Hazırkı saatlarda da rayonda yağıntılı hava şəraiti davam edir.

mənbə :
anspress

Lenkeranı su basdı