İçeriğe geçmek için "Enter"a basın

Toya gedən 15 nəfər dünyasını dəyişdi

17-10-2015

14:40 xeber – Hindistanda baş verən qəza nəticəsində 15 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə Hindistanın cənub-şərqindəki Andhra Pradeş ştatında baş verib. Boş avtobusun içərisində 40 qonağın olduğu yük maşını ilə toqquşması nəticəsində 13 nəfər elə yerindəcə dünyasını dəyişib, daha 2 nəfər isə xəstəxanada ölüb. Digər 30 nəfər (bəzi mənbələrdə 40 nəfər) isə ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Xarici KİV-lərin məlumatına görə, qəzaya düşən insanlar toya gedirmişlər. Prakas mahalında baş verən faciəyə səbəb kimi avtobus sürücüsünün sərxoş olması göstərilir. Onun, hadisə yerindən qaçdığı deyilir.


Andhra Pradeş, Hindistan – hadisənin baş veridiyi ərazi

Ümumiyyətlə, yol qəzaları nəticəsində ölüm sayına görə Hindistan digər ölkələri qabaqlayır. Cari ilin may ayında baş verən yol nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 24 nəfər isə ağır yaralanıb. Bu zaman isə insident avtobusun sürətli idarə olunması və yolda bir neçə dəfə çevrilməsi səbəbindən olub. Avtobusda olanların yeni evlilər və onların qohumlarının olduğu məlum olub.

hindistanda baş verən yol qəzalarında görüntülər

2014-ci ildə isə yol qəzaları 141 min insanın həyatına son qoyub. Hindistanda qəzalar ən çox sürət həddini aşmasına görə baş verir.

mənbə :
anspress

Toya geden 15 nefer dünyasını deyişdi