14:30 xeber – Futbol üzrə Fransa çempionatının 10-cu turu çərçivəsində “Monako” klubu “Lion”u qonaq edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə oyunda hesabı ev sahibi olan komanda açıb.
Matçın 39-cu dəqiqəsində Mario Paşaliç komanda yoldaşının künc zərbəsindən sonra havalandırdığı topu başla “Lion”un qapısından keçirib.
Hesaba tarazlıq matçın 87-ci dəqiqəsində gəlib. “Lion”un heyyətində Rafael da Silva adını tabloya yazdırıb. Oyunda başqa qol vurulmadığından matç 1:1 hesabı ilə nəticələnib.
“Monako” – “Lion” matçı
“Monako” klubu Fransa çempionatında 10 oyun keçirib, bunlardan 3-də qələbə qazanıb, 2-də məğlub olub, 5 oyun isə heç-heçə ilə bitib. Ötən tur “Monako” evdə “Ren”i qəbul edib. Oyun “2-ci Luis” stadinonda baş tutub. Həmin oyun 1:1 hesabı ilə başa çatıb.
Fransa çempionatının turnir cədvəli
mənbə :
anspress