İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda "MTN əməkdaşı" həbs edildi

17-10-2015

13:20 xeber – İmişli polisi özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edən şəxsi həbs edib.

İmişli Rayon Polis İdarəsinin müstəntiqi Etibar Cəbrayılovun ANS PRESS-ə verdiyi məlumata görə, Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Eldar oğlu Mehbalıyev bu ilin yanvar ayında şəhər sakini, 1998-ci il təvəllüdlü Qismət Dağıstan oğlu Yunuslunun ailəsinə məxsus kirayə evdə qalmağa başlayıb. Onların münasibətləri yaxşılaşdıqdan sonra, Ramin Mehbalıyev 18 yaşlı gəncə MTN-də işlədiyini, onu da idarəyə məxsus akademiyaya düzəldəcəyini deyərək ondan may-iyun aylarında 10500 ABŞ dolları və 6800 manat pul alıb.

Bir müddət keçdikdən sonra aldadıldığını görən Qismət Yunuslu dərhal Rayon Polis Şöbəsinə şikayət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən şəxs saxlanılıb və istintaqa cəlb edilib.

Araşdırmalar zamanı onun başqa qanunsuz əməli də ortaya çıxıb. Belə ki, o, rayonun Bəhramtəpə qəsəbə sakinindən də 2013-cü ildə 1700 manat borc alıb və geri qaytarmıyıb.

Hazırda saxlanılan şəxs barəsində İmişli Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Onun başqa şəxsləri də aldatması istisna edilmir.

Faktla bağlı İmişli Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzluq) ilə cinayət işi açılıb, araşdırma aparılır.

mənbə :
anspress

Azerbaycanda “MTN emekdaşı” hebs edildi