İçeriğe geçmek için "Enter"a basın

Nazarbayev milyarderi əli ilə kənara itələdi - HADİSƏ ANI

17-10-2015


17.10.2015 / 10:47 xeber –

MDB-nin Qazaxıstanda keçirilən sammitində maraqlı hadisə baş verib. APA TV-nin məlumatına görə, zirvə toplantısının qonaqlarından biri – milyarder, Qazaxıstanın Tennis Federasiyasının prezidenti Bulat Utemuratov Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə selfi çəkmək istəyib. Amma, bu təşəbbüs Nursultan Nazarbayevin xoşuna gəlməyib  və o, milyarderi kənara itələyib.

 

Bunun ardınca, ev sahibi Qazaxıstanın dövlət başçısı MDB ölkələrinin bayraqları qarşısında sammitdə iştirak edən həmkarlarını qarşılayıb.

 

Daha sonra prezidentlər birgə foto çəkdiriblər və MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb. 

mənbə :
lent.az

Nazarbayev milyarderi eli ile kenara iteledi – HADİSƏ ANI