17.10.2015 / 10:45 xeber –
Ötən gün 48 yaşını qeyd edən xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə ad günü barədə yazıb: “Bütün təbriklərə görə, hər kəsə minnətdaram. Ad günümdə sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsus “Bu hislər bitməsin” adlı bəstəni təqdim etdim. Müəlliflərə də təşəkkürlər”.
Qeyd edək ki, Z.Xanbabayeva 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, Dəniz adlı bir qızı var.
mənbə :
lent.az