İçeriğe geçmek için "Enter"a basın

Paltar mağazası tam yandı

17-10-2015

10:20 xeber – Ağcabədidə paltar mağazası yanıb.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ağcabədi şəhərində (ümumi sahəsi 1000 kv.m olan birmərtəbəli, bir dam altında tikilmiş ticarət obyektləri) vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan geyim satışı mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 220 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və ona bitişik obyektlər yanğından mühafizə olunub. Hazırda yanğının qarşısı tam şəkildə alınıb.

İmişli rayonunda da güclü yanğın hadisəsi baş verib. Hadisə zamanı ev tamamən yanıb. Hadisə Heydər Əliyev prospekti dalan 9-da yerləşən Səxavət Əhmədova məxsus evdə qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib.

Elektrik naqillərində yaranan alov qaz balonuna keçib və qısa müddətdə evi tamamən bürüyüb. Umumi sahəsi 180 kvadrat metr olan 6 otaqlı evin 100 kvadrat metri sahəsi və əşyaları tamamən yanıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Artıq alovun qarşısı alınıb və evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə edilib.

Hər iki hadisənin başvermə səbəbləri araşdırılır.

mənbə :
anspress

Paltar mağazası tam yandı