İçeriğe geçmek için "Enter"a basın

Moskva Ankara ilə birləşir

17-10-2015

01:05 xeber – Rusiyanın Müdafiə Nazirliyi Suriyada apardığı hərbi əməliyyatlarla bağlı Türkiyə hərbçiləri ilə birbaşa əlaqə yaratdığını bildirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Rusiya müdafiə nazirliyi xəbər verib.

Nazirlik Türkiyə ordusunun oktyabrın 16-da Suriya ilə sərhəddə pilotsuz aparatı vurmasından bir neçə saat sonra belə bir bəyanatla çıxış edib. Rusiya xarici işlər nazirinin müavini Mixail Bogdanov oktyabrın 18-də bu məqsədlə İstanbulda Türkiyə rəsmiləri ilə müzakirələr aparacağını qeyd edib.


Mixail Bogdanov

ABŞ rəsmiləri hesab edir ki, Suriya sərhədində vurulan pilotsuz aparat Rusiyanındır. Amma Rusiya hərbçiləri bundan əvvəl Suriyadakı bütün Rusiya təyyarələrinin plan üzrə iş başında olduğunu bəyan eləmişdilər. Rusiya,Suriya ordusu və Birləşmiş Ştatlar Suriyada pilotsuz aparatlardan istifadə edirlər. NATO üzvü olan Türkiyə son günlər ölkənin hava məkanının Rusiya təyyarələri tərəfindən bir neçə dəfə pozulduğunu bildirib və cavab tədbirləri görüləcəyini bəyan edib.


Suriyaya nəzarət edən qruplar xəritədə

Türkiyə və Rusiya Suriya uğrunda mübarizələrini davam etdirir. Bu iki ölkəni bir-birinə qarşı gətirən Bəşər Əsəd rejimi və İŞİD problemidir. Rusiya Suriya ərazisində İŞİD-ə qarşı hava hücumuna başlayandan bəri Türkiyə qırıcıları ilə havada 13 dəfə təhlükəli vəziyyət yaradaraq, qarşı-qarşıya gəlib. 2015-ci il oktyabrın 3-dən 10-dək olan dövrdə Rusiyanın və Türkiyənin qırıcı təyyarələri 13 dəfə bir-birinə qarşı təhlükəli yaxınlaşma reallaşdırıb.

Oktyabrın 3-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda hava sərhədini pozub. Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq hadisə ilə bağlı ona etiraz notası təqdim edib. Nazirlikdən bildirilib ki, Rusiyanın səfiri Türkiyə XİN-ə çağırılaraq, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi tələb edilib: “Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq”.

mənbə :
anspress

Moskva Ankara ile birleşir