İçeriğe geçmek için "Enter"a basın

Obama Ərdoğana zəng vurub

16-10-2015

23:40 xeber – ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğana zəng vurub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iki ölkə prezidentlərinin telefon danışıqlarının əsas mövzusu Suriya hadisələri, İŞİD-ə qarşı mübarizə, eləcə də, noyabr ayında keçiriləcək G20 sammitində gündəm mövzular müzakirə olunub.

Prezidentləri narahat edən əsas məsələlərdən biri Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar olub. Onlar eyni zamanda, İŞİD-ə qarşı mübarizə mövzusunda əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu vurğulayıblar.

Söhbət zamanı oktyabrın 10-da Ankarada baş vermiş terrordan da söz açılıb və Obama qanlı aktı kəskin pisləyib. Həmçinin, PKK hücumlarının dayandırılmasının yolları müzakirə edilib. Obama lazım gələrsə, Türkiyəyə həmrəy kimi ölkənin PKK təhlükəsizliyi üçün oraya hərbi köməklik edə biləcəyini də söyləyib.


Ankarada baş verən terror aktından sonra hadisə yeri

Faktı Ağ evdən də təsdiqləyiblər. Oradan da Barak Obamanın Ərdoğana zəng vurulduğu və müxtəlif məsələlərin müzakirə olunduğu söylənilib.

Ümumiyyətlə, Rusiya qırıcı təyyarələrinin Suriyaya aviazərbə endirmək adı altında iki dəfə Türkiyə ərazisindən keçməsi də ABŞ-ı narahat edən əsas məslələrdəndir.

ABŞ-ın dövlət katibi Con Kerri Türk hava məkanında Rusiya təyyarələrinin uçuşlarına münasibətini bildirərək deyib ki, Rusiya təyyarələri bu ərazilərdən keçərkən Türk təyyarələri ilə toqquşa bilərdi. Kerri onu da əlavə edib ki, Türkiyə təyyarələri vurmaq hüququna da malikdir.


Con Kerri – ABŞ-ın dövlət katibi

Bu məsələdə NATO da həmişə Türkiyəni qorumağa hazır olduğunu bildirir. NATO Rusiya hərbi aviasiyasının Türkiyə hava məkanından keçməsi ilə əlaqədar olaraq, Türkiyəyə lazım gələrsə, müdafiə üçün qoşunlarını göndərməyə hazırdır. Bunu NATO təşkilatının baş katibi Yens Stoltenberq deyib:

“NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərini istənilən təhlükədən və təhdidən qorumağa hazırdır. Əlavə yardıma ehtiyacın olub-olmaması məsəsləsi Türkiyə hakimiyyəti ilə müzakirə edilir”, – deyə baş katib bildirib.

NATO-nun Türkiyəni dəstəkləmək üçün hazırladığı yeni tədbirlərə toxunan Stoltenberq deyib ki, Türkiyə hökuməti ilə davamlı olaraq vəziyyət dəyərləndirilir. Onların əlavə yardıma ehtiyacı olub-olmamaları ilə bağlı sıx əlaqə saxlanılır.

Rusiya iki dəfə – oktyabrın 6-ı və 8-i Hatay ərazisində Türkiyə hava məkanını təhlükəli səviyyədə pozub. Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Türkiyədəki səfirini çağıraraq, izahat tələb edib və xəbərdarlıq bildirib.


Hayat, Türkiyə

mənbə :
anspress

Obama Ərdoğana zeng vurub