İçeriğe geçmek için "Enter"a basın

Prezident milyarderlə selfi çəkdirmək istəmədi

16-10-2015

22:38 xeber – Bu gün Qazaxıstanda keçirilən MDB ölkələri dövlət başçılarının sammitində kuryoz hadisə baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sammitdə qonaq kimi iştirak edən Qazaxıstan Tennis Federasiyasının prezidenti, milyarder Bulat Utemuratov öz ölkəsinin prezidenti Nursultan Nazarbayevə selfi çəkdirməyi təklif edib.

Amma videodan da göründüyü kimi, bu təklif Nursultan Nazarbayevin xoşuna gəlməyib və o, milyarderi özündən kənara itələyib.


Nazarbayevin imtina etdiyi an

Qazaxıstanda keçirilən MDB ölkələri dövlət başçılarının sammitində 16 sənəd imzalanıb. Bu sənədlərin arasında dövlət başçılarının BMT-nin 70 illiyi, terrorizmlə mübarizə və Çernobl AES-dəki qəzanın 30 illiyi ilə bağlı bəyanatı, miqrasiya, penitensiar xidmətləri rəhbərlərinin şurasının formalaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi məsələlər var. Həmçinin 2016-2020-ci illərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı, MDB Antiterror mərkəzi rəhbərinin təyin olunması, MDB-yə növbəti il üçün sədr ölkənin müəyyənləşdirilməsi və növbəti zirvə toplantısının keçirilməsi kimi məsələlər razılaşdırılıb.


Qazaxıstan xəritədə

Üzv ölkələr 2020-ci ilədək hərbi sahədə əməkdaşlıq Konsepsiyasını da təsdiq edib.

mənbə :
anspress

Prezident milyarderle selfi çekdirmek istemedi