İçeriğe geçmek için "Enter"a basın

Dağlıq Qarabağ məsələsi tezliklə həll olunmalıdır

16-10-2015

22:20 xeber – Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyini (MDB) Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko MDB-i Dağlıq Qarabağ da daxil olmaqla, postsovet məkanının ciddi problemlərinin həllinə başlamağa çağırıb. Bu barədə prezident bu gün keçirilən MDB dövlət başçılarının dar çərçivəli iclasında bildirib.

“MDB-da postsovet məkanında ciddi problemlərin müzakirəsini öhdəsinə götürmək və onları stimullaşdırmaq lazımdır”, – deyə Lukaşenko vurğulayıb. Ölkə başçısı həm də əməkdaşların məhvə getməsinə yol verilməyəcəyini nəzərə çatdırıb.

Ölkə prezidentinin sözlərinə görə, dövlət başçılarının şura iclasının gündəliyi bəyanatlardan və arzulardan ibarətdir.

“Düşünürəm ki, bu gün Qazaxıstanı, Rusiyanı və ya Belarusu MDB-də az fəaliyyət göstərdiklərinə görə ittiham etməyin heç bir mənası yoxdur”, – deyə Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, MDB-yə daxil olan ölkələrinin başçıları çox yaxşı bilirlər ki, bu əhəmiyyətli müzakirə meydançasıdır və onu heç bir halda dağıtmaq olmaz.

“MDB-nin nüfuzu və tələbi onda əsaslı olacaq ki, o, mühüm sualları və qərarları həll edə biləcək. Bunlardan əsas həll olunasılar isə, Dağlıq Qarabağ, Dnestryanı ərazilər və Ukrayna məsələləridir”, – deyə Belarus başçısı əlavə edib.

Ümumiyyətlə, bu gün Qazaxıstanda keçirilən iclasda Belarus prezidenti Aleksandr Lukaşenko ilə yanaşı, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Almazbek Atambayev , Tacikistan prezidenti Emomali Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Andrey Qalbur, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Yuri Lazebnik və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak ediblər.


MDB-yə daxil olan dövlətlərin bayraqları

İclas Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə başlayıb.

Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları 2020-ci ilədək Birliyin iştirakçı ölkələrinin hərbi əməkdaşlığı konsepsiyasını qəbul ediblər. Həmçinin, sammitin yekunları üzrə beynəlxalq terrorizmlə mübarizə barədə bəyanat verilib.

Ümumilikdə isə 16 sənəd MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında imzalanıb.

BMT-nin yaradılmasının 70 illiyi münasibətilə bəyanat, “Çernobıl” AES-də qəzanın baş verməsinin 30 illiyi ilə əlaqədar müraciət qəbul olunub.

Bundan başqa, xarici sərhədlərdə böhran vəziyyətlərinin nizamlanması üçün sərhəd və digər qurumlar üzrə qruplaşmaların formalaşdırılması barədə qərar qəbul edilib.


MDB-nin daxil olduğu ölkələrin xəritəsi

mənbə :
anspress

Dağlıq Qarabağ meselesi tezlikle hell olunmalıdır