İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda günəş enerjisi istehsalı 2 dəfə artıb

19-12-2019

[r32]

19 Dekabr, 2019  13:38 xeber – Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 772,mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,9% artaraq 298,4 mln. manat təşkil edib.

Ötən 11 ay ərzində Azərbaycanda 21 176,mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 4,57% çoxdur.

Bunun 1 464,5 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 10,3% azdır.

Bunun 19571,7 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 5,6% çoxdur.

Hesabat dövründə Azərbaycanda 100 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 2 dəfə çoxdur.

Yanvar-noyabr aylarında ölkədə 40,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 9,4% çoxdur.



mənbə :
Report.az

Azerbaycanda gunes enerjisi istehsali 2 defe artib