İçeriğe geçmek için "Enter"a basın

Vladimir Putinin 15-ci illik mətbuat konfransı başlayıb

19-12-2019

[r32]

19 Dekabr, 2019  13:07 xeber – Moskvada Rusiya Prezidenti Vladimir Putinin 15-ci illik böyük mətbuat konfransı başlayıb.

“Report” xəbər verir ki, bu il onun böyük mətbuat konfransı ötənilki rekordu qırıb: konfransa 1895 xarici və Rusiya KİV nümayəndəsi akkreditə olunub.

“Report” Azərbaycandan mətbuat konfransında müxbirinin iştirak edəcəyi yeganə informasiya agentliyi olub. Mətbuat konfransında Azərbaycan KİV-dən həmçinin İctimai televiziya akkreditasiya alıb.

“Rossiya1”, “Rossiya24”, Birinci Kanal, NTV, həmçinin “Mayak”, “Vesti FM” və “Radio Rossiya” radiostansiyaları mətbuat konfransını canlı yayımlayacaqlar.

Qeyd edək ki, V.Putinin ən qısa çəkən – 1 saat 35 dəqiqə davam edən mətbuat konfransı 2001-ci ildə jurnalistlərlə ilk görüşündə, ən uzunmüddətlisi (4 saat 40 dəqiqə) isə 2008-ci ildəki mətbuat konfransında qeydə alınıb. 2004-cü ildən bəri Rusiya dövlət başçısının jurnalistlərlə ünsiyyəti hər il 3 saatdan çox davam edir.



mənbə :
Report.az

Vladimir Putinin 15-ci illik metbuat konfransi baslayib