İçeriğe geçmek için "Enter"a basın

“VTB Azerbaijan” bankı rəqəmsal bank yaradacaq

19-12-2019

[r32]

19 Dekabr, 2019  12:29 xeber – “VTB Azerbaijan” bankı 2022-ci ilədək rəqəmsal bank və yeni pərakəndə satış modelini yaratmağı nəzərdə tutur.

“Report” xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Yevgeniy Kivrin sağlam kreditləşməni 6 dəfə artırmağı düşündüklərini qeyd edib.

“Bizim üçillik strategiyamızda biznes modelini daha da tarazlaşdırılmış hala gətirmək məqsədi var”, – o deyib.

Bank rəhbəri rəqəmsal bankın “Facebook” və “WhatsApp” mesencerləri üzərində yaradılacağını diqqətə çatdırıb: “Rəqəmli kanallarda məhsul və xidmətlərə 100 faiz çıxışın təmin olunması nəticəsində orta və kiçik sahibkarlığa aid müştərilərin payını 30 faizdən 80 faizədək artacaq”.



mənbə :
Report.az

“VTB Azerbaijan” banki reqemsal bank yaradacaq