İçeriğe geçmek için "Enter"a basın

Almaniyalı deputat: 'Azərbaycan bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir'

19-12-2019

[r32]

19 Dekabr, 2019  10:31 xeber – “Azərbaycan ilə Almaniya arasında çox normal parlamentlərarası münasibətlər mövcuddur. Nəzərə alsaq ki, qlobal dünyada parlamentarizmin rolu xalqlararası, ölkələrarası münasibətdə həlledicidir, düşünürəm, iki ölkə arasında bu baxımdan ciddi potensial var”. 

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim partiyadan olan deputatı Olav Guttinq bildirib. 

O hesab edir ki, Almaniya parlamentindən Azərbaycanın yetərincə görünməsi üçün daha çox qarşılıqlı dialoqlar, təqdimatlar keçirilməlidir: “Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə əməkdaşlıq baxımından cəlbedici ölkədir”. 

Deputat, həmçinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribatın və hücumların qəbuledilməz olduğunu vurğulayıb:  “Heç bir ölkə hərbi təcavüzə məruz qalmağa layiq deyil, o cümlədən Azərbaycan. Dağlıq Qarabağ münaqişəsində beynəlxalq normalar, o cümlədən ATƏT-in Minsk qrupu missiyası var. Hesab edirəm, bunlara zidd addımların atılması yalnız münaqişənin uzadılmasına xidmət edə bilər”, – o vurğulayıb.



mənbə :
Report.az

Almaniyali deputat: 'Azerbaycan butun saheler uzre emekdasliq baximindan celbedici olkedir'