İçeriğe geçmek için "Enter"a basın

Türkiyəni qorxudan qadın azərbaycanlı çıxdı

16-10-2015

20:29 xeber – Ankarada baş verən terror aktı ilə bağlı şübhəli şəxslər siyahısında adı çəkilən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olması təsdiqlənib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumat verib.

O bildirib ki, bununla bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına göndərilən sorğuya artıq cavab gəlib: “Həmin cavabla hər şey məlum oldu. Ülkər Məmmədova Azərbaycan vətəndaşıdır. Lakin o, uzun illər Türkiyədə yaşayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir”. Həsən Zeynalovun sözlərinə əsasən, konsulluğun bir əməkdaşı “Ülkər Məmmədovanın Azərbaycanla bağlılıq məsələsini Türkiyə tərəfi ilə araşdırmaq üçün təlimatlandırılıb”.


Həsən Zeynalov

Oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 100 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən və İŞİD üzvü olduqları bildirilən 21 nəfərin adı açıqlanıb və fotoları yayınlanıb. Ülkər Məmmədovanın da adı bu siyahıdadır. Türkiyə mətbuatı Ankarada baş vermiş partlayışa görə Ülkər Məmmədova adlı bir qadının da aralarında olduğu 21 nəfərin axtarıldığına dair məlumat yayıb.

“Biz də adıçəkilən şəxsin Azərbaycanla bağlılğı məsələsinin araşdırılmasında maraqlıyıq. Ülkər Məmmədovanın azərbaycanlı ola bilmə ehtimalı yalnız bizim mətbuatda gedib. Türkiyə mətbuatında isə sadəcə qadının ad-soyadı verilib, milliyyəti və ya vətəndaşlığı ilə bağlı heç nə yazılmayıb”,- deyə bir müddət əvvəl verdiyi açıqlamada baş konsul bildirib.

“Bununla bağlı müəyyən dairələrə sorğu vermişik. Bu sorğuya cavab verilməsini gözləyirik. Baş konsulluq olaraq bölgədə baş verən terror hadisələri ilə bağlı Türkiyənin hüquq-mühafizə orqnları ilə mütamadi çalışırıq”,- deyə baş konsul əlavə etmişdi.


Ülkər Məmmədova siyahıda

Türkiyə paytaxtı Ankarada baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub. Türkiyənin baş naziri Əhməd Davudoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İŞİD terror qruplaşmasının üzərinə düşür. İndiyədək heç bir qrup törədilmiş partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.


Partlayışın baş verdiyi ərazi xəritədə

mənbə :
anspress

Türkiyeni qorxudan qadın azerbaycanlı çıxdı