16.10.2015 / 19:13 xeber –
“Azərenerji” ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.
Bunu “Report”a “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.
Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: “Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək”.
Qeyd edək ki, “Azərenerji”nin əməkdaşları avqust ayından əməkhaqqı almırlar.
mənbə :
lent.az