İçeriğe geçmek için "Enter"a basın

Türkiyə və Rusiya havada toqquşur - FOTO

16-10-2015

19:05 xeber – Türkiyə və Rusiya Suriya uğrunda mübarizələrini davam etdirir. Bu iki ölkəni bir-birinə qarşı gətirən Bəşər Əsəd rejimi və İŞİD problemidir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya Suriya ərazisində İŞİD-ə qarşı hava hücumuna başlayandan bəri Türkiyə qırıcıları ilə havada 13 dəfə təhlükəli vəziyyət yaradaraq, qarşı-qarşıya gəlib.

2015-ci il oktyabrın 3-dən 10-dək olan dövrdə Rusiyanın və Türkiyənin qırıcı təyyarələri 13 dəfə bir-birinə qarşı təhlükəli yaxınlaşma reallaşdırıb.


Rusiya qırıcıları

Türkiyənin xarici işlər nazirinin müavini Əli Kamal Aydın bildirib ki, oktyabrın 3-dən 10-dək Rusiya təyyarələri iki dəfə bizim sahəmizi pozub: “Rusiyanın 3 təyyarəsi həmin vaxtlardan başlayaraq təhlükəli manevrlər edir. Türkiyə tərəfi Rusiya hərbi təyyarələrinin 13 dəfə təhlükəli manevrlərini qeydə alıb.”

Onun sözlərinə görə, rəsmi Ankara Rusiya təyyarələrinin Türkiyə sərhədinin pozulması məsələsini şişirtmir. Biz başqa ölkənin hərbi təyyarələrinə öz hava məkanımızı pozmağa icazə verməyəcəyik.


Türkiyə XİN binası

XİN rəsmisi bildirib ki, Türkiyə Rusiyanın hərəkətlərindən çox məyus olub: “Regional münaqişələr Rusiya və Türkiyə arasında münasibətlər nöqteyi-nəzərindən xoşagəlməz şəkil ala bilər. Xəbərdarlıqlara baxmayaraq, müraciətlər ən yüksək səviyyədə Rusiya tərəfinə göndərilib. Təəssüf ki, biz hələ Rusiya tərəfindən lazımı reaksiya və cavab ala bilməmişik.”

Rusiyanın Ankaradakı səfirliyi Türkiyənın hava məkanının pozulması ilə bağlı açıqlama verib ki, Rusiya tərəfi məsələ ilə bağlı Türkiyənin Moskvadakı səfirliyinə izahat təqdim edib.

Oktyabrın 3-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda hava sərhədini pozub. Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq hadisə ilə bağlı ona etiraz notası təqdim edib. Nazirlikdən bildirilib ki, Rusiyanın səfiri Türkiyə XİN-ə çağırılaraq, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi tələb edilib: “Əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq”.


Türkiyə qırıcıları

“Mehriban dostlar” savaşa hazırlaşır

Türkiyə ordusu Rusiyanın cavabını verdi

mənbə :
anspress

Türkiye ve Rusiya havada toqquşur – FOTO