İçeriğe geçmek için "Enter"a basın

Kadırovdan məmurlara qadağa

16-10-2015

18:48 xeber – Çeçenistanda vəzifəli şəxslərə xaricdə istehsal olunan maşınlardan deyil, yalnız yerli istehsallı maşınlardan istifadə etmək tapşırılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə ölkənin rəhbəri Ramzan Kadırov deyib. O, bütün məmurlardan yalnız yerli maşınlardan istifadə etmələrini bildirib.

Prezident “Çeçenavto” zavodunda istehsal olunan Lada-Vesta markalı maşınların yerli şəxslər tərəfindən alınmasının daha məqsədəuyğun olduğunu bildirib. Belə olan halda, dövlətin xərclədiyi gəlir, elə dövlət büdcəsinə qayıtmış olar.

“Əvvəllər biz Toyoto Corolla, Ford Fokus, Toyoto Camri kimi xarici maşınları alırdıq. Amma bundan sonra daha onları almaq niyyətimiz yoxdur. Bundan sonra Vesta-Lada alacağıq. Onlar çox rahat və qənaətli maşınlardır. Bundan sonra bu maşınlar Arqun şəhərində buraxılacaq. Mən düşünürəm ki, bu markalı maşınlara təlabat da yaxşı olacaq”, – deyə Kadırov bildirib.


Ramzan Kadırov – Çeçenistanın rəhbəri

Çeçenistan Respublikasının başçısı respublikada sanksiyalara və iqtisadiyyatda çətin vəziyyətə baxmayaraq, ölkədə iqtisadi layihələrin reallaşdırmasının davam etdiyini söyləyib. Belə ki, əvvəlki kimi sənaye və kənd təsərrüfatı obyektlərinin tikintisi aparılır, müntəzəm olaraq, ticarət-əyləncə, idman-kommersiya mərkəzləri açılır.

Ötən gün Rusiya prezidenti Vladimir Putin də məmurlara xarici aviaşirkətlərin xidmətlərindən istifadə etməyə qadağa qoyub.

Qərar ölkə prezidenti Vladimir Putinin sərancamı ilə qüvvəyə minib. Sərəncama əsasən məmurlar yalnız Rusiya aviaşirkətlərinin, habelə Avrasiya İqtisadi İttifaqı ölkələrinin aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.


Vladimir Putin – Rusiya prezidenti

Sözügedən aviaşirkətlərin məmurun ezam olunduğu yerə uçuşları gerçəkləşdirməməsi, habelə aviabiletlərin ezamiyyət müddətini əhatə etməməsi istisna hallar kimi göstərilir.

Rusiya rəsmiləri məmurlara qarşı bu qadağanı milli aviaşirkətlərə dəstək üçün atdıqlarını bildiriblər. Bundan başqa, bu qadağanın tətbiqində yeni yaradılan Avrasiya İqtisadi İttifaqının da rolu var. Çünki bu dövlətlərlə Rusiya arasında iqtisadi və siyasi münasibətlər yüksək səviyyədə inkişaf edir. Dövlətlər bir-birlərinə iqtisadi güzəştlər tətbiq etməyə başlayıblar. Bu imkandan yalnız Belarus , Qazaxıstan , Qırğızıstan və Ermənistan aviaşirkətləri yararlana biləcək. Təşkilata Rusiya da daxildir.


İqtisadi Birliyə daxil olan ölkələrin dövlət başçıları

Bu səbəbdən Rusiya höküməti qənaət paketləri ilə ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir. Ehtimal edilir ki, Putinin imzaladığı bu sərancamda qənaət paketinin bir hissəsidir. Çünki məmurların ezamiyyatı dövlət tərəfindən ödənilir. Bu zaman bilet almaq üçün milli şirkətlərə ödənilən pul yenidən dövlət büdcəsinə qayıdır.

Amma Rusiya bu qadağanı təqdim edən ilk dövlət deyil. Çində də dövlət məmurları milli aviaşirkətlərdən başqa reyislərlə uça bilməz. Ümumilikdə isə Çində aviareyislərin çox hissəsinə hökümət nəzarət edir.

mənbə :
anspress

Kadırovdan memurlara qadağa