16.10.2015 / 18:38 xeber –
Azərbaycan vətəndaşları arasında İİV-ə yoluxanların statistikası və yoluxma yolları açıqlanıb
Bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları arasında 477 nəfər İİV-ə yoluxma hallarının 24,9 faizi (119 hal) inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib.
APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əksini tapıb.
Qeyd olunub ki, ümumilikdə 1992-ci ildən-01.09.2015-ci il tarixədək 5 min 397 yoluxma hallarının 51,9 faizi (2801 hal) inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmçinin 01.09.2015-ci il tarixinə ümumilikdə 2 min 784 nəfər İİV/QİÇS-lə xəstə ARV-terapiyaya cəlb edilib ki, onlardan 408 nəfəri 2015-ci il ərzində olub. Məlumata görə, yeni cəlb olunanlardan 131 nəfəri İNİ-dirlər. ARV-terapiyaya ümumi cəlb olunan 2 min 784 nəfərdən 1403 nəfəri İNİ-dir və onlardan 545 nəfər penitensiar sistemdə ARV-terapiyaya qoşulublar. Eyni zamanda Respublika Narkoloji Mərkəzinin qeydiyyatında olan xəstələrin qan nümunələri QİÇS-lə Mübarizə Mərkəzinin və onun regional İİV-diaqnostika laboratoriyalarına mütəmadi göndərilir və müayinə olunur. 2015-ci ilin 9 ayı ərzində 123 şəxsdə İİV-ə yoluxma venadaxili narkotik maddələrin qəbulu nəticəsində baş verib.
mənbə :
lent.az