İçeriğe geçmek için "Enter"a basın

Qalib idmançılarımız Vətənə qayıtdı

16-10-2015

17:00 xeber – Qətərin paytaxtı Dohada keçirilən boks üzrə Dünya Çempionatında ölkəmizi təmsil edən idmançılar vətənə qayıdıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Ağası Məmmədov, Məhəmmədrəsul Məcidov və Cavid Çələbiyevin ardınca, 52 kiloqramda mübarizə aparan Elvin Məmişzadə də dünyanın ən güclüsü kimi Azərbaycan boks tarixinə adını qızıl hərflərlə yazdırdı.

Rinq ustalarımız Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb.

Dünya çempionu Elvin Məmişzadə öz yarış təəssüratlarını belə bölüşdü:

“Bu qızıl medalların davamı 2016-cı ildə Rioda keçirilən Yay Olimpiya Oyunlarında da gələcək.”

Yığma komandanın baş məşqçisi Pedro Roque isə Çələbiyev və Məcidovun yoxluğunda 4 medalla qayıtmağın qənaətbəxş olduğunu hesab edir:

“Ölkələr arasında isə 3 -cü yerə çıxmaq məni daha da sevindirdi. Bu münasibətlə Azərbyacan xalqını və bütün idmançıları təbrik edirəm”.

Dünya ikinsici Albert Səlimov isə bu yerə sahib olduğu üçün çox məyus olub. Rioda keçirilən yarışlarda isə o daha çox çalışıb qızıl medal qazanaraq tarixə düşmək arzusundadır.

Yığma komandanın məşqçisi Nəriman Abdullayev isə keçən ilə nisbətən bu il 4 medal qazandığımız və lisenziyaların sayını artırdığı üçün çox sevinclidir.

Dünya 3-sü Pərviz Bağırov isə yarışda əlinin zədələndiyini bildirdi:

“Əlim zədələnəndən sonra rəqüibim Qazaxıstan idmançısı idi. Çox güclü idi. Olimpiyada da isə çatışmayan cəhədləri də düzəldib, daha yaxşı nəticə əldə etməyə çalışacam”.

mənbə :
anspress

Qalib idmançılarımız Vetene qayıtdı