İçeriğe geçmek için "Enter"a basın

Gömrük xidmətində yenilik

16-10-2015

16:58 xeber – BMT-nin İnkişaf Proqramının “Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılan Hədəf Mərkəzindən bütün gömrük-buraxılış məntəqələrini birbaşa izləmək mümkündür.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, yerlərdə quraşdırılan 1000-dək kamera görüntüləri mərkəzə ötürür və buradakı 20 monitorda izlənilir.

Dövlət Gömrük Komitəsinin buraxılış məntəqələrində quraşdırılan aparatlar vasitəsi ilə böyük bir tırda olan tonlarla yükü 1 dəqiqədə yoxlamaq mümkündür.

Dövlət Gömrük Komitəsinin əməkdaşı Anar Süleymanov qeyd edir ki, bu aparat yükdaşımada ləngimə yaratmır və bu kimi halları da aradan qaldırır.

Bütün proses isə 24 saat 7 gün ərzində onlayn qaydada izlənilir. Onlayn nəzarət bütün piyada keçid məntəqələrində də var.

Şimal sərhəddi ilə birbaşa əlaqə yaradaraq ölkəyə daxil olan şəxsin əl yükü hədəf mərkəzindən yükü yoxlanılır.

Anar Süleymanov açıqladı ki, bu mərkəzin yaradılma səbəbi ondadır ki, bəzən məntəqələrdən tez onlarda konkret yük və vətəndaşlarla bağlı məlumatlar olur. Yaxudda ki, gömrük əməkdaşının izləyə bilmədiyi yüklərə mərkəzdən birbaşa müdaxilələr ola bilinir.

Hədəf Mərkəzinin kameralarının qeydə aldığı görüntülər isə 6 ay ərzində, bəzi xüsusi həssas məqamlarda isə daha üzün müddətdə arxivdə saxlanılır. Əgər vətəndaş gömrük xidmətindən narazıdırsa müraciəti əsasında bu görüntülər ona göstərilə bilər.

mənbə :
anspress

Gömrük xidmetinde yenilik