İçeriğe geçmek için "Enter"a basın

Bakıda avtomobil 19 yaşlı gənci vurub

15-12-2019

[r32]

15 Dekabr, 2019  22:23 xeber – Bakıda 19 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Seyidov Amin Müşviq oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov



mənbə :
Report.az

Bakida avtomobil 19 yasli genci vurub