İçeriğe geçmek için "Enter"a basın

'Zirə'nin baş məşqçisi: 'Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik'

15-12-2019

[r32]

15 Dekabr, 2019  19:09 xeber – “Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq”.

“Report” xəbər verir ki, bu fikirləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Səbail”lə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Otuz səkkiz yaşlı mütəxəssis bildirib ki, görüş kifayət qədər stressli olub: “Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı”.



mənbə :
Report.az

‘Zire’nin bas mesqcisi: ‘Qarsilasmani qollu hec-hece ile bitirmek isteyirdik’