İçeriğe geçmek için "Enter"a basın

NATO Barak Obamanı dəstəklədi

16-10-2015

15:20 xeber – NATO-un Baş katibi Yens Stoltenberq ABŞ-ın Əfqanıstanda qoşunlarını saxlamaq qərarını bəyənib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, o bildirib ki, ABŞ prezidenti Barak Obamanın 2016-cı ildən sonra da Əfqanıstanda qoşun hissəsi saxlamaq barədə verdiyi qərarı dəstəkləyir.

Baş katib deyib: “Mən prezident Obamanın elan etdiyi qərarı alqışlayıram. ABŞ 2016-cı ildə indiki səviyyədə olduğu kimi Əfqanıstanda hərbi bazasını saxlayacaq və orada 2016-cı ildən sonra əhəmiyyətli kontingent saxlayacaq.”


Yens Stoltenberq – NATO-un Baş katibi

Onun sözlərinə görə, bu qərar Əfqanıstanda NATO-un və onun müttəfiqlərinin sabit və təhlükəsiz qalmasını təmin etməyə imkan verəcək.

ABŞ prezidenti gələn ilədək planlaşdırıldığı kimi, Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmayacağını bəyan edib: “Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət çox həssasdır. Biz “Taliban” qüvvələrinin irəliləyiş əldə etməsini gözləmirdik.”


NATO-nun mənzil qərargahı

Ağ Evdə açıqlama verən dövlət başçısı hazırda Əfqanıstanda olan 9800 nəfərlik hərbi qüvvənin 2016-cı ildə Kabildə qalacağını və 2017-ci ildə hakimiyyətdən gedəcəyi zaman hərbi qüvvələrin sayının 5500-ə endiriləcəyini bildirib: “ABŞ-ın Əfqanıstandakı missiyası iki istiqamətdə – Əfqanıstan qüvvələrinin təlimləri və terrorizm əleyhinə əməliyyatlarda davam etdiriləcək.”

Barak Obama keçən il hərbi qüvvələrin 2016-cı ilin sonunadək çıxaralacağı vədi vermişdi. Plana əsasən 1000 nəfərdən ibarət hərbi personalın ABŞ səfriliyinin mühafizəsi üçün saxlanılacağı nəzərdə tutulurdu.


Barak Obama Ağ Evdə açıqlama verir

ABŞ ordusu Əfqanıstandan çıxmayacaq
Astanada Əfqanıstan müzakirəsi

mənbə :
anspress

NATO Barak Obamanı destekledi