İçeriğe geçmek için "Enter"a basın

Göyçayda qəza iki nəfərin həyatına son qoydu

16-10-2015

15:19 xeber – Göyçayda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Göyçay Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.

Ucar rayon sakini Nadir Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakinləri Zahid Hüseynovu və Elnur Mikayılovu vurub.

Qəza nəticəsində hər iki piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişiblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.

Ötən gün də Goranboy rayonununda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.

Şəfəq kəndi ərazisində qeydə alınan hadisə zamanı kənd yolu ilə sürətlə hərəkət edən avtomobil yolun kənarında dayanan iki piyadanı-Şəfəq kənd sakini 61 yaşlı Raya Nəbiyeva və 61 yaşlı Elnurə Nəbiyevanı vurmuşdu. Yaralılar aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişmişdi.

Qəza zamanı dünyasını dəyişən qadınlardan biri pediatr digəri tibb bacısı olub.

mənbə :
anspress

Göyçayda qeza iki neferin heyatına son qoydu