İçeriğe geçmek için "Enter"a basın

Professor namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü

16-10-2015


16.10.2015 / 14:52 xeber –

Milli Məclisiə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd professor Qüdrət İsaqov namizədliyini geri götürməsi ilə bağlı açıqlama yayıb.

Lent.az-ın məlumatına görə, açıqlamada belə deyilir:

“Azay Quliyevi 15 ildir ki, tanıyıram. Mənim namizədliyimi götürməyimlə Azay Quliyevə heç bir rəqib qalmadı. 8 saylı Binəqədi birinci seçki dairəsində Azay Quliyev şəriksiz deputat seçiləcək. Fikrimcə, Azay Quliyev millət vəkili adını daşımağa daha layiqdir”

Yaydığı açıqlamada Q. İsaqov seçiciləri və tərəfdarlarını seçkidə rəqibi – namizəd Azay Quliyevə səs verməyə çağırıb.

“Əziz seçicilər! Mənim qarşımda qaldırdığınız tələblərin hamısını bu seçkidə sizin deputatınız olacaq Azay Quliyevə ünvanlayın. Onunla daima görüşün, onunla birgə problemlərinizi həll edin!”

 

 

mənbə :
lent.az

Professor namizedliyini Azay Quliyevin xeyrine geri götürdü