İçeriğe geçmek için "Enter"a basın

Meymunların daş dövründə işlətdikləri alətlər tapılıb

16-10-2015


16.10.2015 / 14:44 xeber –

Şimpanze və oranqutanlar da daş dövrü insanları kimi daş alətlərdən istifadə edirmiş

 

Arxeoloqlar Qərbi Afrika cəngəllikləri, Braziliya meşələri və Tayland çimərliklərində daş dövrünü xatırladan daş alətləri aşkar ediblər.

 

Lent.az-ın BBC.com-a istinadən məlumatına görə, Misir piramidaları ilə eyni yaşda olan bu alətləri maraqlı edən isə onların insan tərəfindən istifadə edilməməsidir.

Araşdırmalar zamanı bu kobud  daş alətlərin şimpanze və digər meymun növləri tərəfindən istifadə edildiyi ortaya çıxıb.

 

Alətlərin aşkar olunduğu yerlər isə elmin yeni sahəsinin – “Primat arxeologiyası”nın təməlini təşkil edir.

 

Bu piramida dövrünün sakinləri olan meymunlar daş texnologiyasının mütəmadi  istifadəsinin təməlini qoyub.

 

Bu da onların daş dövrünə aid olduğuna işarədir.

 

Vaxtilə isə bioloqlar  bu alətlərin ancaq insanlar tərəfindən istifadə edildiyini düşünürdülər.

 

Məlumdur ki, məməlilər, quş, balıq, hətta həşəratlar həyatlarını asanlaşdırmaq üçün əşyalardan alət kimi istifadə edirlər. Ancaq primatlar bir qayda olaraq daşı alətə çeviriblər.

Deyilənə görə, fındıqları sındırmaq üçün daşdan istifadə edən şimpanze və meymunlar daşdan özlərinə məxsus şəkildə istifadə ediblər.

Meymunlar 1-9 kq arası böyük və ağır daş alətlər istifadə etdiyi halda, insanların əcdadı 1 kq və ondan daha az çəkidə daşlardan istifadə ediblər.

4300 yaşı olan bu daş alətlərin 1 kq dan çox olduğunu nəzərə alsaq, onların şimpanzelər tərəfindən istifadəsinə heç şübhə qalmır. .

Nəzəriyyəyə görə, meymun daş dövrü çox erkən yaranıb.

Onu da qeyd edək ki, aşkarlanan bu şimpanze alətləri insan daş alətləri kimi çox sadə olub.

mənbə :
lent.az

Meymunların daş dövründe işletdikleri aletler tapılıb