İçeriğe geçmek için "Enter"a basın

Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb

13-12-2019

[r32]

13 Dekabr, 2019  11:46 xeber – Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.

Bu barədə “Report”un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb, əvvəllər məhkum olunmuş və hal hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Hebs olunmus sexsin diger cinayet emelinin de ustu acilib