İçeriğe geçmek için "Enter"a basın

Avstraliyada ilk dəfə qadın kəşfiyyat xidmətinin rəhbəri təyin olunub

13-12-2019

[r32]

13 Dekabr, 2019  10:46 xeber – Avstraliya hökuməti ölkə tarixi ərzində ilk dəfə kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə qadın təyin edib.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, indiyə qədər Kibertəhlükəsizlik Mərkəzinə (ACSC) rəhbərlik edən Reyçel Noubl bundan sonra Radiotexniki Müdafiə İdarəsinə (ASD) başçılıq edəcək.

ASD xarici ölkələrdən gələn elektron məlumatların ələ keçirilməsi ilə məşğuldur.

Baş nazir Skott Morrison və müdafiə naziri Linda Reynolds R.Noublun təyinatının milli təhlükəsizlik sahəsindəki qadınlar üçün yeni imkanlar açdığını söyləyib.

R.Noubl vəzifəsinin icrasına 2020-ci ilin fevralında başlayacaq.



mənbə :
Report.az

Avstraliyada ilk defe qadin kesfiyyat xidmetinin rehberi teyin olunub