İçeriğe geçmek için "Enter"a basın

ABŞ prezidenti bəzi Çin məhsullarına 15%-lik gömrük vergisini ləğv edib

13-12-2019

[r32]

13 Dekabr, 2019  10:13 xeber – ABŞ prezidenti Donald Trump Çindən idxal edilən 160 milyard dollarlıq məhsula 15%-lik gömrük rüsumunun tətbiqinin təxirə salınmasını nəzərdə tutan ticarət razılaşmasının ilk bəndini təsdiqləyib.

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Çinin daha çox kənd təsərrüfatı məhsulu almaq öhdəliyini özündə əks etdirən saziş D.Trampa təqdim edildikdən sonra, tərəflər Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının azadılmasını müzakirə ediblər.

“Çin ilə böyük bir müqavilə imzalayırıq. Onlar istəyirlər, biz də elə!” – deyə, D.Trump sosial media hesabında açıqlama verib.

Ticarət razılaşması ilə bağlı nikbinlik birjalarda canlanmaya səbəb olur və səhmlər bahalaşıb. 



mənbə :
Report.az

ABS prezidenti bezi Cin mehsullarina 15%-lik gomruk vergisini legv edib