İçeriğe geçmek için "Enter"a basın

Səfir: 'Böyük Britaniya gələn il 31 yanvara qədər Avropa İttifaqını tərk edə bilər'

13-12-2019

[r32]

13 Dekabr, 2019  08:10 xeber – “İlkin nəticələrə görə, Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə hakim Mühafizəkarlar Partiyası səsçoxluğu qazanacaq”.

“Report”un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib. Onun sözlərinə görə, bu Mühafizəkarlar üçün böyük qələbə olacaq:

“Çünki bundan əvvəlki tərkibdə onlarda üstünlük, səs çoxluğu yox idi. Və bu da o deməkdir ki, artıq parlamentdə onların çoxluğu olduqdan sonra mühafizəkarlar Avropa İttifaqından çıxmaqla bağlı sazişi asanlıqla parlamentdən keçirə bilərlər. Yəni, Böyük Britaniya gələn il 31 yanvara qədər Aİ-ni tərk edə bilər”.

Diplomat deyib ki, mühafizəkarlar “Brexit”in əleyhinə səs verilən Britaniyanın şimalında da liderlik edir: “Artıq parlamentdə çoxluq partiyası olduqdan sonra bu, o deməkdir ki, qanunverici orqan artıq həmin partiyanın irəli sürdüyü Aİ-dən çıxmaq sazişini dəstəkləməli olacaq”.

Azərbaycanla münasibətlərin necə inkişaf edəcəyinə, hansısa dəyişikliklərin ola biləcəyinə gəlincə, səfir deyib ki, heç bir dəyişiklik gözlənilmir:

“Bizim Azərbaycanla ikitərıfli münasibətlərimiz Avropa İttifaqı ilə münasibətlərdən asılı deyil və onun üzərindı qurulmayıb. Ona görə də Aİ-ni tərk etsək də, Azərbaycanla münasibətlərimiz eyni səviyyədə qalacaq”.



mənbə :
Report.az

Sefir: 'Boyuk Britaniya gelen il 31 yanvara qeder Avropa İttifaqini terk ede biler'