İçeriğe geçmek için "Enter"a basın

Ulduz aktyora hökm oxundu - FOTO

16-10-2015

10:50 xeber – Kənan İmirzalıoğlu narkotik vasitələrdən istifadə etdiyi üçün 10 ay həbsə məhkum olunub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, aktyorlar Kənan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydının da aralarında olduğu 53 nəfərin məhkəmə prosesi yekunlaşıb. Kənan İmirzalıoğlu, Mehmet Erdem, Hakan Yılmaz, Sarp Apak, Şahin Irmak, Murat Yıldırım kimi tanınmış aktyorlar “Narkotik maddələrdən istifadə etmə” maddəsi ilə Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə 10 ay həbs cəzasına məhkum olunublar.

Hakim onları qanunla qadağan olunmuş məqsədlər üçün təşkilat qurmaq, onu idarə etmək və üzv olmaqda günahlandırılıb. Lakin cəzanın müddəti az olduğu üçün hakim aktyorlara bəraət qazandıraraq şübhəlilərə 5 il şərti cəza verilməsi haqqında qərar çıxarıb.


Kənan İmirzalıoğlu

Hələ bir neçə il öncə Türkiyənin, eləcə də Avropanın məşhur müğənnilərindən biri olan megastar Tarkan da narkotik vasitələrdən istifadə etdiyi üçün 1 il müddətinə həbs olunmuşdu.

Türkiyənin məşhur ifaçısı Deniz Sekinin adı da narkotika istifadə edən məşhurların sırasında çəkilir.


Tarkan

Məşhur “Yaprak dökümü” serialında Şevket rolunu canlandıran aktyor Caner Kurtaran narkotikadan istifadə etdiyi üçün çəkiliş zamanı vəziyyəti ağırlaşaraq xəstəxanaya aparılmışdı. Filmin rejissoru isə onun yer aldığı bölümlərdə çox çətinlik çəkdiyini söyləmişdi.

O, narkotik vasitələrdən istifadə etdiyi üçün lazımi vaxtda çəkiliş meydançasına gəlmirmiş. Ona görə də aktyor serialdan uzaqlaşdırılıb. Bu isə serialın reytinqinə mənfi təsir göstərib.


Caner Kurtaran

mənbə :
anspress

Ulduz aktyora hökm oxundu – FOTO