İçeriğe geçmek için "Enter"a basın

Metroda hamını heyrətləndirən şəkillər

16-10-2015

10:35 xeber – “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin təşkilat dəstəyi vaxtı “Metro Gallery” layihəsi çərçivəsində məşhur rəssamların şəkillərinin reproduksiyalarının sərgisinin açılışı olub.

Sərgi “Nəriman Nərimanov” metro stansiyasında təşkil edilib. Burada dünyanın ən məşhur rəssamlarının şəkilləri təqdim olunub.

“Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, bu Azərbaycanda təşkil olunan ilk belə sərgidir: “Bu gün bütovlükdə 85 əsər nümayiş etdirilib. Bunlardan 15 şəkil rəssamların portretləri, 70 şəkil rəssamların əl işlərindən ibarətdir. Hər şəkilin küncündə isə əsər haqqında qısaca informasiya verilib. Tədbiri keçirməyin əsas məqsədi istər Bakı sakinləri, istərsə də, paytaxtın qonaqlarını maarifləndirməkdir”, – deyə Nəsimi Paşayev bilidirib.


Nəsimi Paşayev – “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri

Sərgidə, əsasən, İeronim Bosx, Karl Pavel Brüllov, Vinsent Van Qoq, Sandro Bottiçelli, Leonardo da Vinçi, Edvard Munk, Rembrandt, Pyer-Ogüst Renuar və s. kimi məşhur rəssamların əl işləri öz əksini tapıb.


Metroda təşkil olunan sərgidən foto

“Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilk dəfə olaraq, şəkillər haqqında informasiya almaq üçün QR-kod (ştrix kodların növlərindən biri) sistemlərini tətbiq edib. Belə ki, istənilən şəxs metropolitenin saytına girib, göstərilən kodun köməyi ilə dərhal istənilən şəkil haqqında informasiya ala bilər.

Sərgidən görüntülər

mənbə :
anspress

Metroda hamını heyretlendiren şekiller