İçeriğe geçmek için "Enter"a basın

Ölkədə kənd təsərrüfatı sığortasına maraq azalıb

16-10-2015

01:35 xeber – Azərbaycanın sığorta şirkətləri kənd təsərrüfatı sahələrini, mal-qaranı sığortalamağa maraq göstəmir.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov məlumat verib. Xidmət rəhbəri bunun səbəblərini sadəcə şirkətlərlə bağlı olmadığını, dünyada da aqrar sığortanın kifayət qədər risqli sayıldığını vurğulayıb. məhz buna görə, məsələyə dövlətlər qarışır.

Namiq Xəlilov bildirib ki, Azərbaycan bu sahədə qonşu Türkiyənin təcrübəsini əsas götürəcək. Türkiyədə isə problem sığorta şirkətlərin birləşərək hovuz yaratması ilə həll olunub. Bu hovuza bütün sığorta haqları toplanır, zərər burdan ödənir. Böyük fəlakətlər zamanı bu hovuzun vəsaiti zərəri ödəməyə kifayət etmədikdə, dövlət çatışmayan məbləği qoyur.

Namiq Xəlilov həmçinin onu da qeyd edib ki, kənd təsərrüfatı sığortası kifayət qədər riskli bir sahədir. Ona görədə bugün Azərbaycan sığorta bazarında bu sahəyə maraq azdır. Maraq yaratmaq üçün isə tələb olunan yeni qanun layihəsinə baxış keçirilir.

mənbə :
anspress

Ölkede kend teserrüfatı sığortasına maraq azalıb