01:12 xeber – ABŞ, Böyük Britaniya və Almaniya hərbçiləri Baltikyanı ərazilərdə NATO əməliyyatlarına kimin rəhbərlik etməsi məsələsində razılığa gələ bilmirlər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hər 3 tərəf mənfəət əldə etmək üçün bu öhdəliyi öz üzərinə götürmək istəyir. Bunu latviyalı politoloq Aleksandr Qaponenko rəsmi Berlin, Vaşinqton və London arasındakı çəkişməni şərh edərkən deyib.
“İngilislər Baltikyanı regionda güc nəzarətini öz əllərinə almaq haqqında ABŞ-la razılığa gəliblər. Lakin Londonun təşəbbüsü alman hərbçilərinin narazılığına səbəb olub”, – deyən politoloq ABŞ-ın İngiltərənin tərəfini tutacağını bildirib.
Qaponenkonun fikrincə, bu vəziyyətdə ABŞ Berlin maraqlarını qurban verəcək və Britaniyaya Baltik regionunda əsas mövqelərdən birini tutumağa kömək edəcək.
“Bəs bu, Latviya üçün nə deməkdir? Artıq indidən ingilislər bizim nazirlər kabinetimizi və müdafiə nazirimiz Raymond Berqmanisi rüsvay ediblər. Onlar öz qoşunlarının Latviyaya daxil edilməsi haqqında heç bir xəbərdarlıq belə etməyiblər”, – deyə ekspert ölkəsinin acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.
İş orasındadır ki, Latviyanın müdafiə naziri Böyük Britaniyanın ölkəsinə hərbi kontingent və texnika göndərməsini ən sonuncu olaraq, özü də jurnalistlərdən öyrənib.
Lakin latviyalı politoloq problemlərin və narazılıqların bununla bitməyəcəyini də deyib. O, növbəti addım olaraq ölkəsində xüsusi xidmət orqanları və hərbi strukturda əsaslı dəyişikliklərin olacağını bildirib.
“Daha sonra isə bizim ölkəyə Almaniyadan gələn qaçqınlardan sonra Britaniyadakı afrikalı qaçqınları göndərəcəklər. Və təbii ki, bu haqda da xəbərdarlıq etməyəcəklər”, – deyən politoloq Qərbin maraqlarından da danışıb.
“Beləliklə, Britaniya özünün Baltikyanı regionda iştirakından maksimum mənfəət əldə edəcək: buraya özünün köhnə hərbi texnikasını və “lazımsız” qaçqınlarını göndərəcək”.
Aleksandr Qaponenko – latviyalı politoloq
mənbə :
anspress